Ölkəmizin çeşitli bölgələrinin ünlü aşıqları " aşıqlar bayramı"nda zənganda bir araya gəldilər. qocaman aşıqlarımız ağlar gülər ayının 30 da zəngana qonaq olurlar. 30 ağlar gülər ayı aşıq ədəbiyatımızda önəmli gün sayılır. Aşıq sənəti və ədəbiyatı günü adlanan bu gün aşıqların gərçək dəyərlərini bəlli etmədə ağır görəv daşımadadır.
Zənganın ünlü aşıqlarından sayılan aşıq izzət zəngan havalarıla anıldı. Donduran ayının 10. da Aşıq izzəti sevən insanlar bu törəni qurdular. Törənə 70 dən çox aşıq sənətinə dəyər verən zənganlı qatıldı. Anma törəni iki bölümdən uluşurdu. Birinci bölüm aşıq izzət haqqında danışıqlar oldu. Aşıq müslüm əsgəri, aşıq məmməd nəcəfi aşıq izzətlə ilgili sözlər, xatirələr, Məmməd rəzzaqı isə "yaşam öyküsü" adlı bir yazıda aşıq izzətin öz geçmişini söylədilər.
Aşıq müslümün dastan oturumlar dizisi 32 yə yetişdi. Bu oturumun başlığı "gürcü məmməd" dastanı ıdı. Dastanın başlanışına görə iki rivayet deyilir. Birində xoy ikincisi mərənd şəhərində bu dəstan baş verir. Bu dastan gürcüstan vilayəti ilə ilgilidir. Məmmədin sevgilisi gürcüstanlı bir valı qızıdır. Oturum (2011.12.26= 1390.10.05) tarixində gərçəkləşdi. Gürcü məmməd oturumu 24 dəqiqə sürdü. Oturum görsəl, eşitsəl olaraq qeydə alındı. Bu dastanı atası aşıq zörabdan öyrənmişdir. oturumların qurucusu zənganlı məmməd rəzzaqı dır. Aşıq müslüm zəngan aşıq muhitinin ən önəmli aşıqlarından sayılır. Uluslar arası aşıq sempzyomlarına qatılan aşıq müslüm 1938= 1317 doğumludur.
Zənganlı aşıq müslüm əsgəri 31.ci oturumunu sona çatdırdı. Bu oturumda mir mahmut dəstanı sözəl olaraq 21 dəqiqə 25 saniyə sürəsində özetləndi. Mir mahmut dəstanı azərbaycanın sevgi dəstanlarından biri sayılır. Dəstan vərzqandan başlanıb davtda sona çatır. Bu dəstanı aşıq müslüm 50 il öncə badamıstanlı aşıq alla mədətdən yazıya almışdır. Aşıqliq dönəmində isə sazlı sözlü 5 kaset üzərinə oxuyur. Bu kasetlər indi zənganda arşıv olunub. Oturum ara günü (11.10.2011= 1390.07.19) zənganda aşıq müslümün evində quruldu. Bu oturum görsəl olaraq arşıv olundu.
Aşık Daimi anısına düzenlenen 2. Uluslar arası Halk Ozanları Hacıbektaş buluşması çerçevesinde 25 Haziran 2011 tarihinde Hacıbektaş ilçesinde gerçekleştirilen, Türkiye’de bulunan aşık ve ozan derneklerinin temsilciliklerinin de katıldığı açık kürsü toplantısı sonunda bu sonuç bildirisini kamuoyuna duyurulmasına karar verilmiştir.
Zəngin:30 ağlar gülər ayı "aşıq sənəti və ədəbiyatı" günü adlanaraq zənganda bir şölən keçırılır. Bu gündə ölkəmizin ünlü aşıqları zənganda bir araya gəlirkən öz günlərini qutlayırlar.aşıq dehqan aşıq bulut saed urmudan, aşıq qafar və aşıq qubrab təbeizdən, aşıq abbas səttarı, höccət xudabəndəlu miyanadan,aşıq müslüm əsgəri, aşıq səttar xudayı zəngandan. Bu il 6. aşıqlar bayramı 2 saat yarım sürdü. Aşıqlar öz çıxışları ilə gözəl anlar yaşatdılar. Zəngandan "söylər" və "aylar xanım", miyanadan "hüseyn rəzmi", "haq sevən", əhərdən "səxavət izzəti" öz şerlərilə aşıqlar bayramına qatıldılar. Artan mələki bu bayram aparıcılıq edirdi. Bu aşıqlar bayramı 6 ildir ardıcıl zənganda qurulur. Aşıqlar bayramının qurucusu zənganlı məhəmməd rəzzaqı dır.
29 cü oturum sona çatdı
Ozanlardünyası: zənganlı aşıq müslüm əsgəri heydər ilə sənəmbər dəstanını özetlədi. Bu dəstan osmanlı ve iran topraqlarında üz verir. 20 dəqiqə sürən bu oturum 01.12.2010 = 1389.09.10 ot günü zənganda quruldu. Bu dəstan kaset üzərinə oxunmayıb. Heydər ilə sənəmbər dəstanı məhəmməd rəzzaqı tərəfindən yazıya alınaraq səbt edibdir.
Ozanlardünyası: zənganlı aşıq müslüm 25 ci oturumunda xan əmrah dan söz açdı. Bu dəstan təbriz ilə rum vilayətində üz verir. 28 dəqiqə sürən bu oturum 29.09.2010 = 1389.07.07 od günü zənganda quruldu. Aşıq müslüm bu dəstanı 1974-5 ci illərdə 3 kaset üzərinə sazlı və sözlü oxuyubdur. Bu kasetlər dədə qurqut qurumunun arşivində saxlanılır. 2006 ci ildə bu dəstan məhəmməd rəzzaqı əlilə tam yazılaraq səbt olunubdur.
Ozanlardünyası: zənganlı aşıq müslüm əsgəri bu iki dəstanın qara nağılını bir oturumda açıxladı. Tahır mizə ilə bağlı rudbarda bir qala var. Bu qalanın adı tahır qalasıdır. Bu qala qızıl özənin ortasında yerləşib. Nəcəf bəg dəstanıda isfahanla təbriz arasında üz verir. Bir para bölümlərdə rum vilayətinə bağlıdır. 50 dəqiqə sürən bu oturum od günü (1389.04.23 = 14.07.2010) quruldu. Bu oturum 21, 20 ci oturum sayılır. Geçən oturum da yetim seydi dəstanı üzərinə danışıq aparılmışdı.
Ozanlardünyası:Aşıq müslüm 18. otuurumu bitirdi. Bu oturum başlığı “aşıq abbas tufarqanlı” ıdı. Aşıq abbas 17 ci yüz ildə yaşayan türk dünyasının ünlü aşıqlarındandır
Ozanlardünyası: aşıq müslümün dəstan özetləmələrinin 2. dönəsi başlandı. Bu başlanış "aşıq qərib ilə şahsənəm" dəstanı oldu. Aşıq qərib bir uzun sürə çətinliklərdən sonra öz sevgilisi şah sənəmə çatır. Bu dəstan təbriz, tiflis və hələb şəhərlərində uz verir. Zənganlı aşıq müslüm bu dəstanı 1670 ci illərdə 6 kaset üzərinə oxuyur. indi bu kasetlər "dədə qurqut" qurumunun arşivində qorunur. 16 . oturum sayılan bu dəstan özeti (26. mayıs.2010) (1389.03.06) aşıq müslümün evində quruldu. Dəstan özeti 33 dəqiqədə bitdi.
Ozanlardünyası: Türkiyənin 5 uluslar arası aşıqlar bayramına iran aşıqları qatıldı. 3 gün sürən bu aşıqlar bayramında 200 dən aşırı türkiyəli aşıq yarışdılar. Yarışma dalları atışma, divan, dodaq deyməz, xalq hikayəsi, müəmma idi. Bu şölənə iran aşıqlarından zənganlı aşıq müslüm əsgəri, urmulu aşıq dehqan, salmaslı aşıq mənaf rəncbər qatılmışdılar. Zənganlı məmmət rəzzaqı da bu şöləndə 2 aşıq şerri oxudu. Bu şölən 7-9 mayıs qars şəhərində quruldu.
Zəngan – məmmət rəzzaqı- aşıq sənətinin zirvələri 5 ci aşıqlar bayramında zəngana inanılmaz bir bəzək verdilər. Ölkəmizin çeşitli bölgələrindən gələn ağ saqqal aşıqlar, aşıqlar bayramını qutladılar.
Altındağ Belediyesi Kültür ve Sosyal İşler Müdürlüğü’nce düzenlenen Hamamönü Söyleşileri dün akşam Avrasya Yazarlar Birliği’nin ev sahipliği yaptığı Edebiyat Yarenleri toplantısıyla devam etti. Türkmen sahrasından beş aşığın katılımıyla düzenlenen etkinlikte, sözlü kültürün en güzel örnekleri edebiyat dostlarıyla buluştu.
Ozanlardünyası: hüsen cavan azərbaycannın demokrat firqəsinin aşığı zənganın imamzada ismayılında zənganlılara saz çalaraq türkülər söyləyirlər.bu sözü aşıq müsıüm, hüsen cavanın dəstanın açıxlarkən söylədi. Bu olayı həsən qızılbaş özü görmüş və aşıq müslümə söyləmişdi. Aşıq müslüm hüsen cavanın sözlərini toplarkən, zəngan varyantını yaratmışdır. Hüsen cavanın dəstanı sazsız 18 dəqiqə surdu. Bu oturum (04.12.1388)(23.02.2010) zənganda quruldu.
Ozanlardünyası: aşıq müslüm ün 13 cü oturumu nəcəf bəg oldu. Bu oturumda nəcəf bəg dəstanı25 dəqiqə sazsız söylənildi. Bu destan ısfahanla təbriz şəhərlərində üz verir. Dəstanda nəcəf sihirlənərək göyərçinə dönüşür, sonda yenə insan şəklinə düşür. Oturum (09/02/2010 &1388/11/20) ara günü saat 4 də sona çatdı. Bu dəstanın əl yazması dədə qurqut qurumunda saxlanılır. Bu əl yazmanı aşıq həmdüllah 74 il bundan öncə yazmışdır.
Ozanlardünyası: vərğə ilə gülşən, bəhram ilə gülxəndan dəstanlarının özeti bir oturumda qeydə alındı. Vərğə ilə gülşən dəstanı yəmən ilə cəbəl vilayətləri arasında üz verir. Bu dəstanda iskəndər adlı bir şahı da görmək olur. Bəhram dəstanı isə zənganın sultaniyəsindən başlayaraq çin ölkəsində sona çatır.buxara şəhərinin də bu dəstanda adı çəkilir. Bu dəstanların ilxanlı və ya türklərin müslüman olduğu çağlarda yaratması zən olunur. Bir saatlıq sürən bu oturum 17/01/2010 də quruldu. Bu oturum aşıq müslümün onbir və onikinci oturumu ıdı.
Ozanlardünyası: zənganlı aşıq müslümün oxuduğu aşıq dəstanlarının kaset toplama sürəsində 17 yeni kaset tapıldı. Bu kasetlər ləgahlı ətubun arşivindən dədə qurqud qurumuna gönüllü olaraq sunuldu. Ləgahlı ətubun500 kasetdən aşırı aşıqların söylədigi dəstanları arşıv edibdir. Bu arşivdə zəngan, təbriz və başqa yerlərin çeşitli aşıqlarından ulaşmaqdadır.
Avrasya Yazarlar Birliği tarafından düzenlenen Doğumunun 800. Yılında Hacı Bektaş Veli Konulu Ozanlar Yarışması ödül töreni 9 Aralık 2009 günü Ankara’da Gazi Üniversitesi Mimar Kemal Salonunda geniş bir katılımla yapıldı. Ertesi günkü programda Türkiye dışından davet edilen âşıklarla birlikte eski adı Suluca Karahöyük olan Hacıbektaş ilçesine yolculuk vardı. Hünkâr Hacı Bektaş Velinin müze haline getirilmiş dergâhını gezecek, manevi huzuruna varacaktık.
Ozanlardünyası: zənganlı aşıq müslüm haci bəktaş ozanlar yarışmasının ödül törənındə zəngan havalarını səsləndirdi. Bu ödül törəni 7 aralık 2009 gazi üniversitəsinin memar kəmaləddin salonunda quruldu.
Ozanlardünyası- zənganli aşıq müslüm: məsüm ilə diləfrüz dəstanı iki rivayət söylənilir. Birincisi islamdan öncə, o biri isə islamdan sonranı qapsayır. Bu dəstan çin ilə yəmən arasında üz verən bir aşıq dəstanı dır. Islamdan öncə deyilən dəstan süleyman peyğəmbər çağına ayid bir dəstan dır.
Kasetə oxunmayan göyçək riza dəsta qeydə alındı
Ozanlardünyası: aşıq müslüm 9 cü oturumunu bitirdi. Bu oturum “göyçək riza” dəstanı üzərində qonuşuldu. Göyçək riza, qurbanı dönəmindən sonra “van” şəhərində yaşayan bir aşıq olmuşdur. Onunla çağdaş aşıqlardan “dədə yadigar” hindistanın kişmir şəhərinə getməli olur, kişmirdə “gülüstan” xanım qarşısında söz bilmədən, öyrəncilərilə birlikdə dostağa atılır. Göyçək riza onları dostaqdan buraxmaqiçin. Gülüstan xanımla deyişir. Bu dəstan aşıq müslüm tərəfindən kaset üzərinə oxunmayıbdır. Göyçək riza oturumu 29 dəqiqə sürərkən(24.11.2009 * 1388.09.03) quruldu. Bu dəstanın başqa varyantı aşıq izzət əzizi dən qeydə alınıbdır.
1 ci aşıqlar yarışması 27 aşığın ifası ilə sona çatdı. Bu yarışa urmunun bütün aşıqları qatılmışdılar.
![]()
Ozanlardunyası: aşıq həmdulla nın 74 il bundan öncə yazdığı 2 aşıq dəstanı zənganın somut olmayan kültürəl mirasını zənginləşdirdi.
![]()
Ozanlardunyası: aşıq müslüm: gərgərli məmmət, xəstə qasım la bir dönəmdə yaşamışdır. Bu dəstan gərgərlə həmədan arasında üz verir. Gərgərli məmmət həmədanın şəhriyar bölgəsində şazda xanımla deyişir. Bu diyişməni məmmət qazanıb, 39 aşıq dostaqdan buraxılır. Bu dəstanı1352-55 illərində aşıq müslüm iki kaset üzərinə oxuyubdur. Gərgərli məmmət dəstanı(1385/12/01 * 20/02/2007) məmmət rəzzaqı tərəfindən yazıya geçərək səbt olunubdur. Dəstanın yenidən söylənməsi 1388 ci günəş ilinin qıro ayının 26 da(17/11/2009) 29 dəqiqə surdu. Bu oturum aşıq müslümün 8 ci oturumu sayılır.
Ozanlardunyası: aşıq müslüm ilk aşıq dəstanını 34 il bundan öncə yaratmışdır. Bu dəstanın adı zənganlı mirzə kazım dır. Mirzə kazım dəstanı1385.12.17 (08.03.2007) ilində məmmət rəzzaqı yazıya geçmişdi. Bu dəstan kaset və toylarda oxunmayıbdır. Dəstanın qara nağılı ilə şerlərini aşıq müslüm öz yaradıcılığı ilə yaratmışdır. Mirzə kazım zənganın bacarıqlı aşıqlarından sayılırdı. 25 dəqiqə sürən bu dəstan aşıq müslümün yeddinci oturumunu oluşturdu. Bu oturum 1388 ci günəş ilinin qıro ayının 19 ( 10.11.2009) quruldu.

Fəxr eyləsin zəngan əhli
ədəb ərkanına müslümün
gəlməsin allahdan bəla
şirin canına müslümün
Ozanlardunyası: Aşıq müslümün 6 ci oturumu quruldu. Bu oturum qıro ayının 12 (03.11.2009) i aşıq müslümün evində 20 dəqiqə sürdü. Bu oturumda xan çoban dastanı üzərinə danışıldı.bu dəstan fəğfurla pəri xanımın sevgililih dəstanıdır.
Üç il geçdi. Son görüş birinci aşıqlar bayramından neçə gün oncə oldu. Dirikən bu bayramı görə bilmədi.
|
|
POWERED BY BLOGFA.COM |
|